XİN-dən Lapşinlə bağlı açıqlama

XİN-dən Lapşinlə bağlı açıqlama
SİYASƏT
16:22 08.02.2017
1016

"Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır”.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlığını daşıdığı ölkələrin Xarici İşlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının "arzuolunmaz şəxslər siyahısı"nda olduğunu bilərək, o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin 2016-cı ilin dekabrın 14-də Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarusdan Azərbaycana ekstradisiya edilib və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına yerləşdirilib. A.Lapşinin məsələsinə Azərbaycanın qanunları çərçivəsində baxılır.

XİN-dən bildirilib: "A.Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır".

Xarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO