XİN-dən Leyla və Arif Yunusla bağlı - AÇIQLAMA

XİN-dən Leyla və Arif Yunusla bağlı -  AÇIQLAMA
SİYASƏT
00:16 14.08.2015
1252

“Leyla Yunus və Arif Yunus barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərinə münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Leyla Yunus Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqı üzv ölkələrinin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb.

Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Prof.Dr. Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir.

Britaniyalı nazirin məhkəmənin diplomatlar tərəfindən də izlənməsi və məhkumun həkim nəzarətində olmasını bilməməsi təəccüb doğurur. Görünür provokativ məqsədlərlə niyyətli şəkildə belə bəyanatla çıxış edib.

Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apelyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ var”, deyə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik