XİN-dən suriyalı qaçqınların Qarabağda yerləşdirilməsinə - MÜNASİBƏT

XİN-dən suriyalı qaçqınların Qarabağda yerləşdirilməsinə -  MÜNASİBƏT
SİYASƏT
13:50 09.09.2016
1229
Azərbaycanın işğal olunmuş ərazilərinə suriyalı qaçqınların məskunlaşmasına dair "Azadlıq radiosu" video-reportaj hazırlayıb.
Reportajda Suriyadan Qarabağa köçmüş erməni ailəsinin Azərbaycanın işğal olunmuş ərazilərində necə yaşadıqları əks olunub. Asmirian ailəsi etiraf edir ki, Suriyadan qaçarkən Dağlıq Qarabağdakı qondarma rejim onlara yaşamaq üçün şərait yaradıb. Bundan başqa, Hovik Asmirian qardaşı ilə aprel döyüşündə Azərbaycan Ordusuna qarşı vuruşduğunu bildirib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxladıQ. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə bildirdi ki, erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi faktı yenilik deyil:
"XİN tərəfindən bu il təqdim olunmuş Azərbaycanın işğal altında olan torpaqlarında qeyri-qanuni işlərin aparılmasına dair hesabatda da Ermənistanın məqsədyönlü olaraq məskunlaşma siyasətinin aparması öz əksini tapmışdır. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanın aparılması bir daha onu göstərir ki, Ermənistanın hədəfi Azərbaycan torpaqlarında güclənmək və Azərbaycan ərazilərini ilhaq etmək etməkdir.
Bu onu sübut edir ki, Ermənistan dünya ictimaiyyətini aldatmaq siyasətini yürüdür. Bu faktların monitorinqi, araşdırılması mütəmadi olaraq, müvafiq dövlət qurumlarla birlikdə aparılır. BMT-yə, həmçinin ATƏT-in Minsk qrupu üzvlərinə narahatlıqla diqqətə çatdırılır".
Qaynarinfo.Az 
OXŞAR XƏBƏRLƏR