XİN “Düdelanj”-“Qarabağ” matçındakı təxribata münasibət bildirdi

XİN “Düdelanj”-“Qarabağ” matçındakı təxribata münasibət bildirdi
SOSİAL
12:29 04.10.2019
2131

"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib:

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib".

Xatırladaq ki, UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj"- "Qarabağ" matçında ermənilər təxribata əl ataraq dron vasitəsilə qondarma "dqr" bayrağını meydana buraxıblar.

OXŞAR XƏBƏRLƏR