XİN: Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

SİYASƏT
11:28 27.06.2020
1842
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu "müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, "demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir:

"Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!

Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 06.07.2020

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

23:44 06.07.2020

Bakıda yayılan kəskin qoxunun səbəbi açıqlandı - RƏSMİ

23:33 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:50 06.07.2020

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa hazırlaşırdım"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”