XİN: Ermənistanı yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə çağırırıq

XİN: Ermənistanı yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə çağırırıq
SİYASƏT
23:35 25.05.2021
658
25 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib.

Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir.

Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Atom Enerjisi Təşkilatı sədrinin sabiq müavini İsrailin hücumunda öldüyü təsdiqlənib
12:11 13.06.2025
İran Atom Enerjisi Təşkilatı sədrinin sabiq müavini İsrailin hücumunda öldüyü təsdiqlənib
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
11:53 13.06.2025
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
11:50 13.06.2025
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
11:47 13.06.2025
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
11:44 13.06.2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
İsrail səfərbərlik elan etdi
11:40 13.06.2025
İsrail səfərbərlik elan etdi
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
11:39 13.06.2025
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
11:38 13.06.2025
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
11:36 13.06.2025
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
11:20 13.06.2025
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
11:19 13.06.2025
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
11:12 13.06.2025
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
11:07 13.06.2025
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
10:58 13.06.2025
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
10:39 13.06.2025
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
10:22 13.06.2025
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib