XİN İsrailə başsağlığı verdi

XİN İsrailə başsağlığı verdi
SİYASƏT
10:54 22.05.2025
373
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı İsrailə başsağlığı verib.

Bu barədə XİN-in "X” hesabında paylaşım edilib. 

"Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Qorxu və parçalama yaratmaq məqsədi daşıyan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. 
OXŞAR XƏBƏRLƏR