XİN: "Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir"

XİN: "Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir"
SİYASƏT
16:07 18.09.2022
349
"18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”.

AZXEBER.COM xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib:

"Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir”.

Bildirilib ki, ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir:

"Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Meyxanaçı Balaəli qəza törətdi
23:06 10.04.2025
Meyxanaçı Balaəli qəza törətdi
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
KİV: Donald Tramp Türkiyəyə gedəcək
21:03 10.04.2025
KİV: Donald Tramp Türkiyəyə gedəcək
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
20:53 10.04.2025
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
20:47 10.04.2025
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
Tərtər sakininin 15 min manatı oğurlanıb
20:39 10.04.2025
Tərtər sakininin 15 min manatı oğurlanıb