Xarici İşlər Nazirliyi məşhur ispan tenoru Plasido Domonqonun oğlu kiçik Plasido Dominqonun qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə dair erməni KİV-in məlumatını araşdırır.
Bu barədəAZXEBER.COM-a XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib.XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır: “Rəsmi Bakı ilə razılaşdırılmadan işğal edilmiş ərazilərimizə edilmiş istənilən səfər qanunsuzdur və hazırda bu məsələ araşdırılır”.Azərbaycan XİN bir müddət əvvəl iğşal edilmiş ərazilərə qanunsuz səfər edən şəxslərin “qara siyahısını” açıqlayıb.