XİN rəhbəri: İran Rusiyaya ballistik raketlər tədarük etməyib

DÜNYA
20:36 11.09.2024
149
İran Rusiyaya ballistik raketlər tədarük etməyib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X” hesabında bildirib.

"Yenə də ABŞ-la "Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?

Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, - XİN rəhbəri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR