XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir

XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
DÜNYA
18:46 18.03.2025
124
Ukrayna bu il müharibəni bitirmək istəyir və Rusiyanın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edəcəyini gözləyir, lakin Rusiya bundan imtina etsə, ukraynalılar daha da müqavimət göstərəcəklər.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

"Biz müharibənin bu il bitəcəyinə inanırıq. Hamımızı bu strateji məqsəd birləşdirir - ədalətli, hərtərəfli və uzunmüddətli sülhə nail olmaq. Rusiyanın qeyd - şərtsiz atəşkəsi qəbul edəcəyini gözləyirik", - Sibiqa bildirib.

Onun sözlərinə görə, ölkəsi ABŞ və Rusiya prezidentlərinin telefon danışığından sonra sülh prosesinə aydınlıq gətiriləcəyinə ümid edir: "Rəsmi Kiyev Rusiya ilə sülh razılaşmasının əldə olunmasına maneə törətməyəcək. Ədalətli və dayanıqlı sülhə yalnız Donald Trampın dövründə nail ola bilərik”.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp martın 18-də Kreml rəhbəri ilə telefon danışığının olacağını elan edib.
 
APA

OXŞAR XƏBƏRLƏR