XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
SİYASƏT
11:51 28.02.2026
295
 
İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

+98 905 523 01 07
+98 901 884 55 31

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

+98 901 414 31 57
+98 935 317 21 01", - məlumatda vurğulanıb.
 
OXŞAR XƏBƏRLƏR