XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək

XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
SİYASƏT
00:09 01.08.2025
629
"TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik”.

AZXEBER.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert” adlandırılması ilə bağlı bildirib.

Ayxan Hacızadə deyib ki, əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR