Xınalıq yolunda bir neçə maşın qar uçqunu altında qaldı - FOTO

Xınalıq yolunda bir neçə maşın qar uçqunu altında qaldı - FOTO
SOSİAL
23:41 20.03.2019
10288
Quba-Xınalıq yolunda qar uçqunu səbəbindən yol bağlanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, uçqun yolun 32-ci kilometrliyinin 4 hissəsində baş verib.

Nəticədə bir neçə avtomobil qar uçqunu altında qalıb. Həmçinin 7 kəndlə əlaqə kəsilib.

Qarı təmizləməyə gedən texnikanın xarab olması səbəbindən yolu açmaq hələ ki, mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
 

 

 


 


OXŞAR XƏBƏRLƏR