Xırdalan məktəblisinin sevgi intiharı

Xırdalan məktəblisinin sevgi intiharı
SOSİAL
11:49 15.02.2017
8541

 

Xırdalan şəhəri, Rəsulzadə küçəsində intihar hadisəsi qeydə alınıb.

11-ci sinif şagirdi Əsədli Fərrux Ağakişi oğlu yeni tikilən binanın damından özünü ataraq intihar edib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər 1 saylı orta məktəbinin şagirdi olan F.Əsədlinin intihar etməsinə səbəb sevdiyi qızdan rədd cavabı alması olub. İntihar edən məktəblinin üzərindən sevdiyi qıza yazdığı məktub çıxıb.

Qeyd edək ki, Fərrux Əsədlinin oxuduğu 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Yusifova açıqlamasında intihar edən şagirddən razılığını bildirib: "Fərrux sevimli şagirdimiz olub. O bu il universitetə qəbul olunmağa hazırlaşırdı. Amma son 2 gündə dərsə gəlməyən Fərrux ötən gün səhər saatlarında yaşadığı binanın damından özünü ataraq intihar edib".

Qeyd edək ki, intihar edən yeniyetmənin valideynləri əslən Qubadlı rayonundandırlar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

///salamnews
OXŞAR XƏBƏRLƏR