Xırdalana niyə metro çəkilməyəcək? - RƏSMİ AÇIQLAMA

Xırdalana niyə metro çəkilməyəcək? - RƏSMİ AÇIQLAMA
SOSİAL
11:26 16.01.2024
180
"Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur".

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib:
"Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur".
OXŞAR XƏBƏRLƏR