Xırdalanda altımərtəbəli yaşayış binasında YANĞIN

Xırdalanda altımərtəbəli yaşayış binasında YANĞIN
SOSİAL
22:59 05.10.2022
195
Abşeron rayonunda yanğın baş verib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR