Xırdalanda attraksionda baş verən ölüm faktı ilə bağlı cinayət işi açıldı

Xırdalanda attraksionda baş verən ölüm faktı ilə bağlı cinayət işi açıldı
SOSİAL
11:31 16.06.2023
598
Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Bu barədə AZXEBER.COM-a Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.
OXŞAR XƏBƏRLƏR