Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Sürücü "Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.
Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
///apa.az///











































