Xırdalanda Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində görüş-konsert keçirildi - FOTOLAR

Xırdalanda Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində görüş-konsert keçirildi - FOTOLAR
SOSİAL
10:20 10.12.2021
212
Abşeron rayonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyi qeyd edilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rayon musiqi məktəblərinin nümayəndələri, BMA-nın tələbələri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə BMA-nın yaranmasından bu günə qədər olan fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq BMA-nın yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin silsilə tədbirlər çərçivəsində növbəti konsert proqramı Xırdalan şəhərində təşkil edilib.

Sonra Abşeron RİH başçısı İradə Gülməmmədova çıxış edərk BMA-nın kollektivini və tələbələrini bu əlamətdar gün münasibəti ilə təbrik edib. 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixindən, inkişaf yolundan danışan başçı bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilərdən söz açıb.

Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev BMA-nın 100 illik yubileyindən, keçirilən silsilə tədbirlərdən danışaraq öz təbriklərini ifadə ediblər.

Sonda BMA-nın tələbələrinin və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
"Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik"
14:23 08.07.2025
"Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik"
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi