Xırdalanda ər arvadını bıçaqladı

Xırdalanda ər arvadını bıçaqladı
SOSİAL
10:54 03.05.2023
120
Abşeron rayonunda qadın bıçaqlanıb, əri şübhəli bilinir.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə mayın 2-də rayonun Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimovaya əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər yetirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR