Xırdalanda faciə: Qadın ölü tapıldı, uşaqlar isə...

SOSİAL
10:45 17.02.2021
873
Abşeron rayonunda evdən aşkar edilən qadın meyiti ilə bağlı araşdırma aparılır. 

Bu barədə AZXEBER.COM-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, rayonun Xırdalan şəhərində 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının yaşadığı evdə meyitinin aşkar edilməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib . 

"İş üzrə zəruri ekspertizalar təyin edilib. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 23B ünvanında qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR