Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib

Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib
HADİSƏ
10:40 13.12.2025
134
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən AZXEBER.COM- a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR