Abşeron rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər Xırdalan şəhərində yerləşən marketlərin birindən 544 manat oğurlayıblar.
AZXEBE.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov və 42 yaşlı E.Axundov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.