Xırdalanda yaşayış binasında YANĞIN: 3 nəfər zəhərləndi

Xırdalanda yaşayış binasında YANĞIN: 3 nəfər zəhərləndi
SOSİAL
14:00 07.12.2017
765
Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.
OXŞAR XƏBƏRLƏR