Xızıda 18 yaşlı oğlan tanışını bıçaqladı

Xızıda 18 yaşlı oğlan tanışını bıçaqladı
HADİSƏ
09:33 02.10.2025
137
Xızı rayonunda bıçaqlanma hadisəsi baş verib .

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Emin Ceyhun oğlu Məmmədov 1988-ci il təvəllüdlü tanışı Hüseynbala Cürət oğlu Yəhyayevlə mübahisə edib. Mübahisə nəticəsində E.Məmmədov H.Yəhyayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR