Bibisi qızının maşını ilə Qubaya getməyi təklif etdi: Dəhşətli qəzanın təfərrüatı

Bibisi qızının maşını ilə Qubaya getməyi təklif etdi: Dəhşətli qəzanın təfərrüatı
SOSİAL
12:34 16.06.2022
837
Bakı-Quba yolunda 2 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, iyunun 14-də saat 18 radələrində magistralın Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində A.Ağayevin idarə etdiyi "Mercedes ML” markalı avtomobilə çırpılan "Nissan March” markalı avtomobildəki xanımlar Quba sakinləri olub.

Belə ki, Bakı Dövlət Universitetinin (BDU) 1-ci kurs tələbəsi olan Əminə Əliyeva və rəfiqəsi, İqtisad Universitetinin (UNEC) 1-ci kurs tələbəsi Gülbəniz Qaçıyeva hadisədən əvvəl paytaxtda semestr imtahanında iştirak ediblər. Onlar daha sonra birlikdə Qubaya qayıtmaq qərarına gəliblər və bu zaman Əminə Əliyeva Sumqayıtda yaşayan bibisi qızı, 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin özünə məxsus "Nissan” markalı avtomobillə Qubaya gedəcəyini deyib və birgə getməyi təklif edib. Bundan sonra tələbə qızlar Əminənin bibisi qızının avtomobili ilə rayona yola düşüblər. Avtomobil Quba istiqamətində hərəkət edərkən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən hissədə birtərəfli yolda qarşıdan gələn "Mercedes ML” ilə toqquşub.

Nəticədə sürücü Xalidə Xəlilzadə və arxa oturacaqda əyləşmiş sərnişin, 18 yaşlı Gülbəniz Qaçıyeva aldıqları xəsarətlərdən vəfat edib. Sürücünün dayısı qızı, ön sərnişin oturacağında əyləşmiş Əminə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına risk olmadığını bildiriblər.

Qeyd edək ki, qəzada digər avtomobilin sürücüsü Azər Ağayev və 3 sərnişini də müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB