Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA

Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA
SİYASƏT
20:30 24.05.2017
1929
Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
 
"Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub" -deyə "Yell Extreme Park" laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
 
Xocalı aeroportundan uçuşların həyata keçirilməsi siyasi ab-havaya necə təsir edəcək? Uçuşların gerçəkləşdiyi təqdirdə Azərbaycan tərəfi hansı mövqe ortaya qoya bilər?
 
AZXEBER.COM xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc modern.az-a açıqlamasında məsələnin aktuallığına toxunub. O, bildirib ki, Xocalı aeroportu məsələsi gündəmə gələn vaxtlarda Azərbaycan tərəfi çox kəskin reaksiya nümayiş etdirmişdi.
 
"Uçan obyektləri dərhal vurmaq mümkündür"
 
"Hətta hava nəqliyyatı sistemi ilə bağlı qanunvericilik aktlarında da ciddi dəyişikliklər aparılmışdı. O zaman müəyyən bir zolaqda, yəni 50 km məsafədə təyyarələrin və ya digər uçuş obyektlərinin təhlükəsizliyini təmin etmək üçün onların üzərinə vəzifələr qoyulduğu bildirilirdi. Bunun üçün beynəlxalq sənəd - Çikaqo Konvensiyası var. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Xocalı aeroportunun açılması açıq-aşkar müharibə üçün təxribatın ən böyüyü idi. Çünki coğrafi məkanı ələ keçirmə, hansısa səngərdə gizlənmək, ağır artilleriyanı ora toplamaq, hava məkanının da işğal edilməsi anlamına gəlməz. Çünki burada uçan obyektləri dərhal vurmaq, koordinasiya nöqtələrini müəyyənləşdirməklə zərərsizləşdirmək mümkündür".
 
"Aeroportu açmaqla planlarını həyata keçirmək istəyiblər"
 
Zahid Oruc Xocalı aeroportunun açılmasında erməni hiyləsini istisna etməyib.
 
"Xocalı aeroportunun açılmasını gündəmə gətirməklə Ermənistan tərəfinin növbəti planı mövcud olub. Görünür, onlar Qarabağın müstəqilləşməsi istiqamətində növbəti qurbanlarını tapmaq üçün içində mülki əhali olan təyyarəni Azərbaycan tərəfinin məhv etməsinə çalışırdılar. İstəyirdilər ki, bununla da Kosova modelini işə salmış olsunlar. Bəlkə də, ilk dövrlərdə layihə bundan ibarət idi. Sonrakı dövrlərdə belə addımları atmaqdan çəkindilər. Azərbaycanın gerçək planlara malik olduğunu gördülər. Nəticələrinin ağır olacağını təxmin etdilər"
"Azərbaycan bu məsələyə həssas yanaşır"
 
Deputat əlavə edib ki, aeroport Xankəndidə, yaxud da hansısa ərazidə yerləşsəydi, hansısa bir qurşaqdan yol tapıb kiçik ölçülü təyyarələri ora endirə bilərdilər.
 
"Amma Xocalı ilə bağlı məsələ onları çıxılmaz vəziyyətə salıb. Çünki xarici məkana bunu necə təqdim edəcəkdilər?! Məsələ budur. Digər tərəfdən, hazırkı dövrdə ekstremal fəaliyyət üçün həmin addımları atmaq açıq-aşkar ciddi nəticələr doğura bilər. Tutaq ki, idman layihəsi kimi turistlərə, yaxud macəra axtaranlara yer vermək istəyirlər. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə, real vəziyyətinə, gərginliyin hazırkı durumuna baxmadan addım atıla bilərdi. Bu da növbəti toqquşmanın hədəfinə çevrilərdi. Ona görə də Azərbaycan tərəfi bu məsələyə həssas yanaşdığını bəyan edir. Düşünürəm ki, bu yöndə addım atılacaqsa, Azərbaycan tərəfi real imkanları çərçivəsində dərhal həmin təyyarələri havadan endirmək üçün xəbərdarlıq etməyə, öz qırıcı təyayrələrini yüksəkliyə qaldırmağa, onlara bu yöndə real siqnallar verməyə və tabe olmadığı təqdirdə onu vurmaq hüququna malikdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu