"Xocalı insanlığa qarşı törədilən ən ağır cinayətdir" - Əli Həsənov

"Xocalı insanlığa qarşı törədilən ən ağır cinayətdir" - Əli Həsənov
SİYASƏT
15:52 23.02.2018
2313
Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir.

Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir.

Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir. 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan "İrs Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş məqaləsinin birinci hissəsində yazır.

Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına - Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir.

"Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri "Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş "böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, - deyə müəllif yazır.

Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq hissəsində Xankəndi mərkəz olmaqla, erməni muxtar vilayəti yaradıldı.

"Muxtariyyət statusu vilayətin yerli sakinləri olan azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, - deyə müəllif qeyd edir.

Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.

Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanıldı.

Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh edilir.

Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb