Xocalı Soyqırımı Memorial Kompleksinin layihəsi Azərbaycan prezidentinə təqdim edildi - FOTOLAR

Xocalı Soyqırımı Memorial Kompleksinin layihəsi Azərbaycan prezidentinə təqdim edildi - FOTOLAR
SİYASƏT
12:00 15.05.2013
1969
Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb.Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq Memorial Kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Layihə simvolik məna kəsb edən konsepsiya üzrə işlənilib.

Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir ki, konsepsiyaya əsasən, kompleksin həyətində fevral ayının sonlarında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü simvolizə edir.

Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorial Kompleksinin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan” layihəsi çərçivəsində sərgilənir.

Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib. Layihə ilə tanış olan prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Memorial Kompleksdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaq. Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlər Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcək.Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin yaxınlığında inşa olunacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günədək həyata keçirilmiş layihələr çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı hadisələrinə dair faktlar yayılıb, yürüşlər təşkil edilib, internet vasitəsi ilə müxtəlif aksiyalar, o cümlədən faciənin soyqırımı kimi tanınması üçün imzatoplama kampaniyası və s. keçirilib. Nəticədə Xocalı faciəsinə dair həqiqətlərin əhatə dairəsi və bu cinayəti soyqırımı kimi tanıyan ölkələrin sayı ilbəil artır.

Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı törətdikləri cinayətlərin dünyada olduğu kimi təqdim edilməsi, həmçinin Xocalı soyqırımının gələcək nəsillərin yaddaşında daim yaşadılması istiqamətində növbəti addımdır.

//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib