“Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istənilməlidir” - Əli Həsənov

“Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istənilməlidir” -  Əli Həsənov
SİYASƏT
13:53 21.02.2014
1175
“Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, azərbaycanlılara qarşı soyqırımı törədildiyi etiraf olunmalıdır”
“Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirtdiyi siyasətin ən faciəli səhifəsidir”.
Bunu Bakının Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfransında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O xatırladıb ki, 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib: “Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan ən dəhşətlisi 1992-ci il fevralın 26-da Xocalıda baş verib. Bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınır. Tək İslam Konfransı Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, təşkilata üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir”.
Ə. Həsənov əlavə edib ki, Türkiyə parlamenti Xocalı soyqırımını qətliam kimi dəyərləndirib: “Bilirsiniz ki, dünya erməniliyi soyqırımı məsələsində Türkiyəyə problem yaratmağa çalışır. Yüz ilə yaxındır ki, ermənilər 1915-ci ildə Anadolu torpaqlarında guya ermənilərə qarşı “soyqırımı” həyata keçirilməsi ilə bağlı qondarma anti-türk kampaniyası aparırlar. Bu da Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoydu. Ona görə də Türkiyə hökuməti hələ Xocalı faciəsinə bəşəri soyqırımı hadisəsi kimi hüquqi qiymət verməyib. Lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və ona qətliam kimi qiymət verilir. Türkiyənin müxtəlif regionlarında soyqırımı ilə bağlı abidələr açılır. Bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılıb”.
PA rəsmisi qeyd edib ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti var: “Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün soyqırımı ilə bağlı reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir”.
Ə. Həsənov daha sonra bildirib ki, ermənilər Xocalı faciəsindən əvvəl də azərbaycanlıları kütləvi şəkildə öldürüb, xalqımıza qarşı soyqırımlar törədiblər: “Amma biz ermənilərdən qisas almaq həvəsi ilə yaşamırıq. Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq əzmindəyik. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq. Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Yalnız bundan sonra biz əməkdaşlığa, bir dövlət olaraq, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətində yönəltməyə hazırıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək