“Xocalıda cinayət törədənlər məsuliyyətə cəlb edilməlidirlər” - Elnur Aslanov

SİYASƏT
13:03 26.02.2014
953
1992-ci ilin fevralında Xocalıda dinc əhalinin kütləvi surətdə qətliamında iştiraklı olan hər bir kəs cəzasını almalıdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Xocalı faciəsinin 22-ci ildönümündə Tvitterdə özünün mikrobloqunda yazıb.
“Heç kim və heç kəs unudulmayıb! Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan faciənin əsas günahkarı kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”, - E.Aslanov yazıb.
Sözlərinə təsdiq olaraq E.Aslanov Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala faciədən sonra müsahibəsində dediyi sözləri xatırladıb.
“Sarkisyan, o və onun kimilərin Xocalıda dinc əhali üzərində divan tutmalarının səbəbini açıq şəkildə etiraf edib”, - E.Aslanov yazıb.
“Qara Bağ” kitabına sonradan daxil edilən bu müsahibədə Sarkisyan açıq bəyan edir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) sındıra bildik”.
E.Aslanov həmçinin beynəlxalq təşkilatları faciənin 22-ci ildönümündə bu barədə öz mövqelərini bildirməyə çağırıb.
“Bir məsələ haqqında danışıb, digəri haqqında susmaq adəti olan beynəlxalq təşkilatlar Xocalı soyqırımı barədə danışmalıdırlar. Çünki bu soyqırımında günahkar olan insanların sərbəst şəkildə gəzmələrinə müşahidəçi qismində baxmaq onların da bu cinayətə şərik çıxmaları anlamına gəlir. 22 il əvvəl erməni vandalları qadınlar, uşaqlar və qocalar da daxil olmaqla Xocalının dinc sakinlərini vəhşicəsinə qətlə yetiriblər. Bu bizim yaddaşımızdadır və bunu hüznlə xatırlayırıq!”, - E.Aslanov yazıb.
“Qadınlarla, uşaqlaqla və qocalarla belə rəftar etmək olmaz... Mən çox müharibə görmüşəm, amma belə dəhşət heç vaxt olmayıb”, - E.Aslanov, jurnalist Mais Məmmədovdan sitat gətirərək, əlavə edib.
Xatırladaq ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər qəddarlıqla qətlə yetirilib. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Şəhərdə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Həmin dəhşətli hadisədə 487 nəfər şikəst olub (bunlardan 76-sı uşaqdır), 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. Həmçinin 5379 nəfər deportasiya edilib.
150 nəfərin taleyi hələ də məlum deyil.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA

13:01 13.02.2025

"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

12:58 13.02.2025

"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir"

12:55 13.02.2025

Dünyanın gözlədiyi görüş reallaşacaq: Tramp və Putin bu ölkədə görüşəcəklər