Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilir

Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilir
SOSİAL
11:32 31.03.2024
167
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin dəfn mərasimi keçirilib.

Bu barədə "Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR