Xocalıda şirkət maşını dərəyə aşdı, yaralı var

Xocalıda şirkət maşını dərəyə aşdı, yaralı var
SOSİAL
13:02 04.02.2023
265
Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a bildirilib ki, "Gədəbəy Sular” MMC-yə məxsus "Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR