Xocavənddə bu il 1 552 ev təmir olunacaq

Xocavənddə bu il 1 552 ev təmir olunacaq
SOSİAL
19:47 15.07.2025
559
Xocavənd rayonunun kəndlərinin bərpası üzrə işlər davam edir.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Qeyd olunub ki, Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir.

Xüsusi nümayəndənin sözlərinə görə, Xocavənd rayonun digər kəndlərində ilin sonuna qədər 1 552 evin təmir olunaraq təhvil verilməsi planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR