Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlandı

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlandı
SOSİAL
19:13 11.08.2022
241

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.


 
OXŞAR XƏBƏRLƏR