Xocavənddə müxtəlif növ mərmi və patronlar aşkar edilib

Xocavənddə müxtəlif növ mərmi və patronlar aşkar edilib
SOSİAL
10:33 17.09.2023
158

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR