Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb

SOSİAL
09:36 23.10.2024
114
Xocəsəndə avtomobil iki piyadanı vurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR