Bakıda 170 nömrəli avtobusun qəzaya düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, daşıyıcı şirkətdən "Trend"ə verilən məlumata görə, ilkin araşdırma avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması nəticəsində qəzanın baş verdiyini göstərir.
Avtobus saatda 25-30 km sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Toqquşmadan yayınmaq üçün sürücü avtobusu sağa tərəf yönəldib və nəticədə, nəqliyyat vasitəsi beton bardürə çırpılıb.
Hadisə zamanı avtobus salonundakı bir neçə sərnişin yıxılaraq yüngül xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.