Xorvatiya millisinin futbolçusu "Real"da - FOTOLAR

İDMAN
08:24 28.08.2012
1471

Madridin “Real” klubu çoxdan planlaşdırdığı transferi nəhayət gerçəkləşdirib.AZXEBER.COM-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, kral klubu “Tottenhem”in xorvat ulduzu Luka Modriçi rəsmən transfer edib.26 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə bağlanacaq. Bu transferə görə ispan klubu 35 milyon avro xərcə düşüb.

Qeyd edək ki, Luka Modriç 2008-ci ildə Zaqreb “Dinamo”sundan Londona getmişdi. O, “Tottenhem”də keçirdiyi 160 oyunda 17 qol vurub.

OXŞAR XƏBƏRLƏR