Xorvatiya - Rusiya matçından öncə insident

Xorvatiya - Rusiya matçından öncə insident
İDMAN
17:42 14.11.2021
350
Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.

Yerli polislər qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.

Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Xorvatiya - Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
\Report
OXŞAR XƏBƏRLƏR