Xorvatiyada məktəbə bıçaqlı hücum: 1 ölü, 6 yaralı

DÜNYA
15:54 20.12.2024
133
Xorvatiyanın paytaxtı Zaqrebdə orta məktəbə bıçaqlı hücum nəticəsində 1 şagird ölüb, 1 müəllim və 5 şagird yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zaqreb polisi açıqlama verib.
 
Verilən açıqlamada, səhər saatlarında paytaxtdakı məktəblərdən birində şəxsiyyəti məlum olmayan şəxsin bıçaqla müəllim və şagirdlərə hücum etdiyi bildirilib.
 
Səhiyyə naziri İrena Hrstic jurnalistlərə bildirib ki, hücum nəticəsində 7 yaşlı şagird hadisə yerində ölüb. 1 müəllim və 5 şagird isə yaralanıb.

Yaralıların xəstəxanalara göndərildiyini deyən Hrstic onların həyati təhlükəsinin olmadığını bildirib.

Zaqrebdəki Sveti Duh klinikasından verilən açıqlamada xəsarət alan müəllimin vəziyyətinin ağır olduğu deyilib.

Əlindəki kəsici alətlə özünə zərər verdiyi öyrənilən təcavüzkarın polis nəzarətində olduğu açıqlanıb.

Baş nazir Andrey Plenkoviç də səhər saatlarında baş verən faciə ilə bağlı dərin kədərini ifadə edib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR