Xorvatiyada növbəti 5 ildə vəzifəsini icra edəcək yeni prezidenti müəyyən etmək üçün səs vermə keçirilir.
AZXEBER.COM xarici mediaya istinbadən xəbər verir ki, səhər saatlarından başlayan səsvermə prosesi yerli vaxtla 19.00-a dək davam edəcək.
8 namizədin mübarizə apardığı prezident seçkilərində hazırkı prezident Zoran Milanoviçin əsas rəqibi keçmiş təhsil naziri Draqan Primoraçindir.
Seçki nəticələrinin gecə yarısına qədər açıqlanması gözlənilir.
Cəmalə