Xorvatiyalı hakim "Qarabağ"ın futbolçusundan üzr istədi

İDMAN
13:25 10.12.2021
3919
"Hakimin qərarını siz necə qarşıladınızsa, biz də elə qarşıladıq. Sadəcə, belə qərarın verilməsi biabırçılıq idi".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdikləri hakim ədalətsizliyindən danışarkən deyib.

O, Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçdiyini və hakimlərin bunu görmədiyini bildirib: "Bəziləri düşünə bilər ki, 3 top fərqi ilə məğlub olmuşuq. Amma futbolu yaxından izləyənlər və dərindən bilənlər erkən qolun bütün matçın axarını dəyişə biləcəyindən xəbərdardırlar. Artıq bu qoldan sonra üstünlük, həm mənəvi, həm psixoloji, həm də hesab baxımından bizim tərəfimizdə olacaqdı. Belə olan halda oynamaq daha rahat olardı".

Klub rəsmisi oyundan sonra rəsmi şəxslərə şifahi narazılığıqlarını bildirdiklərini söyləyib: "Amma bu narazılıqlara baxan kimdir? UEFA nümayəndəsi və qarşılaşmanın hakim-inspektoru da bunu görüb. Xorvatiyalı baş hakim Fran Yoviç oyunun gedişində - ikinci hissədə futbolçumuz Kevin Medinaya "üzr istəyirəm, mən səhv etdim" deyib. Hakimlər səhvə yol verdiklərini fasilədə biliblər. Ümid edək ki, bu, sadəcə, səhv idi və hansısa qərəz deyildi".

Abbaszadə qərara rəsmi şəkildə etiraz edəcəklərini vurğulayıb: "Hazırda yoldayıq. Bakıya qayıdandan sonra rəsmən etirazımızı bildirəcəyik. Amma bu nəyi dəyişək? Bu, "Qarabağ"a qarşı ilk hakim səhvi deyil. Ümumiyyətlə, "Bazel"in lehinə olan ilk hakim səhvi də deyil. "Kayrat"la matçda da onların lehinə qərarlar çıxarılıb. Orada hakim səhvi olmasaydı, qapımıza ikinci qolu vuran Paytim Kasami bizə qarşı matçda meydanda olmamalı idi. Çünki o, əvvəlki qarşılaşmada meydandan qovulmalı idi. Bütün bunlar istər-istəməz xoş deyil".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı