Xorvatiyanın müdafiə naziri yol qəzasında ağır yaralandı

Xorvatiyanın müdafiə naziri yol qəzasında ağır yaralandı
DÜNYA
18:11 11.11.2023
215
Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölkənin şərqində yol qəzasına düşüb və ağır yaralanıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.

Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: "O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.

Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın aparıldığı qeyd olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.
OXŞAR XƏBƏRLƏR