Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri cənab Qordan Grliçin bu gün ölkəmizə rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, səfər çərçivəsində Qordan Grliçin Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Görüşdən sonra Azərbaycan və Xorvatiyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.