Xose: “Atam kubalı, anam isə azərbaycanlıdır” – EKSKLÜZİV MÜSAHİBƏ

Xose: “Atam kubalı, anam isə azərbaycanlıdır” – EKSKLÜZİV MÜSAHİBƏ
MARAQLI
23:41 10.11.2011
7455

Müsahibimlə görüşmək elə də asan olmadı.İşlərinin çoxluğundan, vaxtının azlığından xeyli gileyləndi. İndi onu oxucularımızla tanış edirəm.

Bakıda anadan olub. Əvvəllər onu Bakılı oğlanlar KVN teatrında görmüşdük. Hələ o zamanlar yaşı çox kiçik olsa da, insanların rəğbətini qazanmışdı. Danışığı, istedadı, və ən əsası fərqliliyinə görə. Daha sonra biz onu ANS televiziyasında gördük.

Həmsöhbətim, sadə olduğu qədər səmimi bir insandır. O, ANS televiziyasının idman proqramının aparcısı Xose Bernardodur. Efirə çıxdığı ilk gündən tamaşaçıların hörmət və sevgisini qazanan Xosedən haralı olduğunu soruşduq. “ Atam kubalı, anam isə azərbaycanlıdır. Mən burada doğulub böyüdüyüm üçün özümü Azərbaycan vətəndaşı hesab edirəm. Bakı mənim üçün çox doğmadır. Bəzən sıxıldığım anlar olub ki, Azərbaycandan getmək istəmişəm və 3-4 aylıq Kubaya getmişəm. Orada bir müddət qaldıqdan sonra öz doğma vətənim - Azərbaycandan ötrü darıxmışam. Necə deyərlər, bura məni çəkir”.

Əvvəldə müsahibim haqqında səmimi, sadə sözünü işlətməyim heç də əbəs deyildi. Söhbət zamanı insanlarla tez-tez ünsiyyətdə olmağı, onlarla münasibət qurmağı sevən Xose bildirdi ki, hətta əsgərlik vaxtı çatanda ərizə yazıb xahiş etmişəm ki, məni döyüş bölgəsinə aparsınlar. “Mən heç vaxt efirdə olmağıma, tanınmağıma görə bundan sui – istifadə etməmişəm. Goranboyda xidməti borcumu yerinə yetirən zaman məni adi əsgərlərdən seçmələrinə şərait yaratmamışam. Fikrimcə, buna görə də tamaşaçılar məni görəndə simalarında gülüş, təbəssüm hiss edirəm ”.

Həmsöhbətimin “ANS televiziyası səni haradan və necə tapdi? ” sualımıza cavabı çox maraqlı və səmimi oldu. “ ANS mənim üçün çox doğmadır. Bildiyiniz kimi, mən əvvəllər KVN teatrında fəaliyyət göstərmişəm. Orada az da olsa tanınırdım. Daha sonra ANS şirkətlər qrupunun rəhbərliyindən – Vahid Naxış və Mikayıl müəllimdən təklif gəldi. Mənim haqqımda süjet hazırlandı və ANS -ə dəvət olundum. Çox böyük arzum idi ki, tanınmış aparıcı olum. Amma ağlımdan keçməzdi ki, gənc yaşımdan bu arzuma çatacam”.

Nitqin son məqsədi insanları inandırmaqdır. Siz də gözəl və aydın nitqinizlə insanları ovsunlayırsınız. Hamı danışır, amma az adam gözəl danışa bilir. Və siz də bu az adamların içərisindəsiniz. “Bu barədə nə deyə bilərsiniz ?” sualımıza Xosenin cavabı maraqlı oldu : “ Mən demirəm, dili mükəmməl bilirəm. Amma səlis və gözəl danışmağa çalışıram. Azərbaycan teleməkanında çatışmazlıqlar çoxdur. Hərdən mənə zarafatla deyirlər ki, filankəs yaxşı danışa bilmir. Bəlkə Xosedən dərs alsın. Onu da nəzərinizə çatdırım ki, mən efirə çıxmamışdan öncə təcrübəli aparıcımız Sabir Ələsgərovdan dərs almışam. Onun mənim nitqimin inkişafında zəhməti böyükdür. Bu gün bu səviyyədə olmağıma görə Sabir müəllimə borcluyam ”.

Söhbət zamanı müsahibim onu da etiraf etdi ki, ali təhsili yoxdur. Və bəzən ona “ Xosenin jurnalistika sahəsində nəzəri biliyi yoxdur və o , digər diplomlu jurnalistlərin yerini tutub ” kimi ünvanlanan fikirlər bildirilməsi Bernardonu narahat edir. Lakin Bernardo bunu da qeyd etdi ki, “Həyatda hər kəsin öz yeri var. Heç kim heç kimin yerini tutmur. Bacarığı, istedadı, qabiliyyəti olan buyursun və özünü sübut etsin ”.

Xosedən dünyada məşhur adaşlarından bir neçəsinin adını çəkməyi xahiş etdikdə o, ilk növbədə, ən yaxın dostu – adaşı Elşad Xosenin, daha sonra Xose Xulio İqlesiasın, və futbolçu Xose Antonionun adını çəkdi.

Oxucularımızın diqqətinə onu da çatdırım ki müsahibim subaydır. Və 22 yaşındadır. Ailəsi evlənməyini çox istəyir. Bu barədə Bernardoya “Ailə qurduğunuz zaman Azərbaycan xanımlarından seçim edərsinizmi ? ” sualını verdikdə həmsöhbətimin üzündə çox səmimi gülüş yarandı : “ Olsun ki, mən özümü zahirən xarici vətəndaş hesab edə bilərəm. Lakin,qəlbən, düşüncəynən mən sırf azərbaycanlıyam! Ona görə də mənə daha yaxın olar ki, Azərbaycan xanımıyla ailə həyatı qurum. Hələ ki, elə bir xanım namizədim yoxdur. Amma yaxın gələcəkdə ola bilər. İnşallah yaşayarıq, görərik !”

Yəqin, oxucularımıza məlumdur ki, Xose idman proqramından sonra hava proqnozu haqqında informasiya verirdi. Buna görə, maraqlı keçən söhbətimizin yekununda ona sabah havanın necə olması barədə sual verdik. Və cavabı belə oldu : “ Sabah hava yağmursuz olacaq ”.

Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ