Xose sərbəst buraxıldı - İstintaq davam edir

Xose sərbəst buraxıldı - İstintaq davam edir
MAQAZİN
15:40 28.10.2017
3166
Tanınmış reper Elşad Xose sərbəst buraxılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.
 
Bildirilib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir.
 
Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR