Xoşqədəm canlı yayımda ağladı: O uşaqlar nələr çəkir bilirsiz?

Xoşqədəm canlı yayımda ağladı: O uşaqlar nələr çəkir bilirsiz?
SOSİAL
17:33 15.02.2017
5670
Xəzər TV-də yayımlanan "Bizə danış" verilişində maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki. verilişdə bir müddət öncə Türkiyədə həyat  yoldaşı tərəfindən olan öldürülən Əsmər adlı xanımın cinayəti müzakirə olunub. 
 
Verilişdə Əsmərin övladlarından söz düşəndə aparıcı Xoşqədəm Baxşəliyeva göz yaşlarını saxlaya bilməyib. O deyib ki, bu cinayətdə onu ən çox uşaqların aqibəti düşündürür: "Məni bu məsələdə Əhməd və Məhəmmədin aqibəti düşündürür, başqa heç nə. Siz bilirsiz onlar nələr çəkir? Mən hər gün gedib öz övladlarımı öpüb, bağrıma basıram. Ancaq onlar heç vaxt ana görməyəcəklər. Siz bunun nə olduğunu başa düşürsüz?

Aparıcı daha sonra uşaqları öz doğma ailəsindən daha çox istədiyini də vurğulayıb. 

Qeyd edək ki, ötən ilin may ayında Türkiyədə azərbaycanlı kişi həyat yoldaşını iki uşağının gözü önündə bıçaqlayaraq öldürüb. İstanbulun Üsküdar məhəlləsində yaşayan Bayram Məmmədov və Əsmər Quliyevanın ailəsində yaşanan söz-söhbət qətl hadisəsi ilə nəticələnib. Ata həyat yoldaşını 8 və 10 yaşlı uşaqlarının gözü önündə qətlə yetirib. Müxtəlif bədən xəsarətləri alan Quliyeva hadisə yerində dünyasını dəyişib. Evdəki dava-dalaş haqqında polisə qonşuların xəbər verməsindən sonra kişi polis tərəfindən saxlanılıb və Bayram hazırda İstanbulda həbsxanadadır. 

OXŞAR XƏBƏRLƏR