Xoşqədəm Hidayətqızı jurnalist Ellada Mustafayevanın ölümündən danışıb.
AZXEBER.COM xəbər verir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ARB-də yayımlanan "Səni axtarıram” verilişində dünən xərçəngdən vəfat edən jurnalist Ellada Mustafayeva haqda danışıb.
Aparıcı kədərini bu sözlərlə dilə gətirib:
"Onunla yollarımız "Xəzər"də kəsişdi, elə orada da ayrıldı. Amma dostluğumuz davam etdi. Ailəmdən sonra ən yaxın sirdaşım, məsləhət verənim, uğuruma sevinib, uğursuzluğuma kədərlənənim... Özümü bu qədər yalnız hiss etməmişdim, onun ölümü mənə çox pis təsir göstərdi. Axı 35 nə yaşdı ki? İstedadlı, işini sevən, ədalətli və dürüst insan! Atamın xəstəliyini bilib, çox məyus olmuşdu. Öz xəstəliyindən isə kəlimə belə kəsməyib. Necə gizlədə bilib, hələ də şokdayam. Daim üzü gülən, mənə edilən haqsızlığa kədərlənsə də, onu büruzə verməyən, səbirli olmağı məsləhət görən Elladam, sənin çox darıxacağam. Məsləhətlərini, tənqidini, uğuruma sevinib, həyəcanlanmağını... İşıqlı, nur üzlü Elladam, məkanın cənnət olsun".
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri E.Mustafayevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.
Ayşən